29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güclü külək magistral yolun bağlanmasına səbəb oldu

10.05.2021

Bu gecə saatlarında Bakı-Qazax yolunun 16-cı kilometrliyində yol bir saat bağlı qalıb.

DM-in məlumatına görə, buna səbəb ölkə ərazisində güclü küləyin əsməsidir.

Nəticədə "Gəncə Avtomobil Zavodu”na məxsus şirkətin dam örtüyünü qopub və magistral yola düşüb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə gecə saatlarında baş verib:

"Bakı-Qazax yolunda baş verən hadisədən sonra nəqliyyatın hərəkəti bərpa edilib. Hazırda həmin yolda avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur”.