02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“SpaceX” daha 60 peyki orbitə buraxdı

10.05.2021

"SpaceX” şirkətinə məxsus "Falcon 9” daşıyıcı roketi daha 60 peyki Yerin orbitinə çıxarıb.

Milyarder İlon Maskın şirkəti prosesi öz "Twitter” səhifəsində canlı yayımlayıb.

Peyklərin buraxılışı Floridadakı Kannaveral burnundakı kosmodromdan həyata keçirilib. Peyklər "Starlink” peyk interneti platforması üçün nəzərdə tutulub. Layihənin ilk mərhələsində 12 min peykin kosmosa göndəriləcəyi bildirilib.

Qeyd edək ki, artıq kosmik peyk interneti adi istifadəçilər arasında test edilir. Şəbəkəyə qoşumaq üçün 499 dollarlıq avadanlıq və 99 dollarlıq abunə haqqı tələb olunur. İnternetin sürətinə gəlincə, onun 50-150 mbit arası olacağına təminat verilir.