02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Veteranlar təşkilatına avtomobil hədiyyə edildi

09.05.2021

 1941-1945-ci illər İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial tərəfdaşı tərəfindən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil təqdim edilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov avtomobilin açarlarını Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya təqdim edib. 

V.Behbudov Prezident İlham Əliyevin müharibə veteranlarına xüsusi qayğısından bəhs edib. Bu kateqoriyalardan olan insanların sosial təminatlarının gücləndirilməsi sahəsində mühüm addımların atılığını diqqətə çatdırıb, veteranları 9 May-Qələbə günü münasibətilə təbrik edib.

F.Səttarova İkinci Dünya müharibəsi iştirakçılarına göstərilən hərtərəfli qayğıdan razılıqla söz açıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına göstərilən diqqətə, bu gün Təşkilatın avtomobillə təmin olunmasına görə təşəkkürünü bildirib.