02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xalq şairi Musa Yaqub İsmayıllıda dəfn olunub

08.05.2021

Azərbaycanın Xalq şairi Musa Yaqub dəfn edilib.

DM "Report”-a istinadən xəbər verir ki, mərhum İsmayıllı rayonunun Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, deputatlar Novruzəli Aslanov, Tahir Kərimli, Sabir Rüstəmxanlı, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, M.Yaqub mayın 7-də uzun sürən xəstəlikdən sonra 84 yaşında dünyasını dəyişib.