01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Müəllimlərin işə qəbulu ilə bağlı dəyişikliklər olacaq

08.05.2021

Gələcəkdə imtahanların hansı formada keçirilməsi ilə bağlı fikir müzakirələri aparılır. 

DM-nın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.

O bildirib ki, imtahanların məzmunu fənn bilikləri ilə yanaşı, müəllimlərin pedaqoji fəaliyyətini də dəqiq ölçməlidir:

"Müəllimin peşəsini daha yüksək səviyyədə icra etməsi önəmlidir. İmtahanların çətinliyi məsələsi nisbidir. Gələcəkdə bizim imtahanların hansı formada keçirilməsindən asılı olmayaraq, imtahan fəlsəfəsi düzgün qiymətləndirilməlidir. Bəzən narazılıqlar yaranır, lakin məqsədimiz bacarıqlı və istedadlı insanları aramızda görməkdir. Növbəti illərdən başlayaraq imtahanların məzmunu hissə-hissə dəyişəcək. Dəyişikliklər fənn bilikləri ilə yanaşı, müəllimin davranışı, bilik və səriştələrinə söykənməlidir”.