01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kravçuk: Ukrayna Türkiyədən ölümcül silah alır

08.05.2021

Ukrayna ABŞ və digər NATO ölkələri ilə hərbi əməkdaşlığı inkişaf etdirəcək. Kiyev ölümcül silah tədarükünə arxalana bilər.

DM xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk deyib.

"Blinken təsdiqlədi ki, hərbi-texniki əməkdaşlıq təkcə ABŞ-la inkişaf etməyəcək. Zelenskinin bu yaxınlarda Böyük Britaniya və Türkiyəyə səfərləri zamanı hərbi-texniki əməkdaşlıqla bağlı müqavilə imzalandı. Bizə ölümcül silahların satılmasına qadağa qoyulan vaxtlar keçdi. İndi isə biz bilirik ki, söhbət istənilən silahdan gedir: Uçan aparatlar, tank əleyhinə raketlər... Bütün bunlar alınıb-satılacaq”, - deyə Kravçuk bildirib.