09 10 2025-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Daha bir şəhidimiz dəfn edildi

07.05.2021

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu dəfn edilib.

DM-in məlumatına görə, Rəhmətov Əbülfəz Hüseynverdi oğlu doğulduğu Lerik rayonunun Anbu kəndində torpağa tapşırılıb.

Yeddi aylıq axtarışlardan sonra dünən kapitan Ə.Rəhmətovun şəhid olduğu müəyyənləşdirilib.

Qeyd edək ki, Əbülfəz Rəhmətov 1989-cu ildə anadan olub. Vətən müharibəsinin ilk günlərindən itkin düşən şəhid kapitanımızın nəşi Cəbrayıl rayonu ərazisində tapılıb. O, Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.

Ə.Rəhmətovun iki övladı var.