25 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xəzər sahilində 150-dən çox suiti meyiti tapıldı

06.05.2021

Dağıstanın Mahaçqala şəhərində 150-dən çox Xəzər suitisinin cəsədi tapılıb.

"İnterfaks” xəbər verir ki, alimlər hələ keçən il Rusiya Federasiyasının Qırmızı Kitabına daxil edilmiş Xəzər dənizinin yeganə məməli heyvanının ölümünün dəqiq səbəbini açıqlamaqda çətinlik çəkir.

Lakin tapılan suitilərin çoxunun dərisi olmayıb. Bu isə insan heyvanların ölümündə insan faktoruna işarə edir.

"Mənzərə dəhşətlidir, hər 50-100 metrdən bir ölü heyvana rast gəlirsən”, - deyə dəniz məməliləri Elmi Ekspedisiya Mərkəzinin təbiəti qoruma layihələrinin koordinatoru Viktor Nikiforov bildirib.

Mayın 4-də günortadan sonra 30, ertəsi gün artıq təxminən 130-a yaxın ölü heyvan tapılıb. Tədqiqatçılar bu gün ölü heyvanların sayının 200-ə çatacağını təxmin edirlər.