06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə Ermənistanla sərhəddə antiterror əməliyyatı keçirir

06.05.2021

 Türkiyə Daxili İşlər Nazirliyi "Eren-14” Ağrı Dağı-Çemçe Madur antiterror əməliyyatına başlayıb.

DM "TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, antiterror əməliyyatında 2 065 şəxsi heyət iştirak edir. Əməliyyatın hədəfi terrorçu PKK qruplaşmasını Türkiyə gündəliyindən tamamilə çıxarmaq, həmçinin bölgədə terrorçuları və sığınacaq yerlərini zərərsizləşdirməkdir.

Bu tədbir Ağrı, İğdır, Qars və Ərdahan bögələrində və Ərzurum Jandarm Bölgə Komandanlığının başçılığı ilə keçirilir.