Kəlbəcərdən bayram görüntüləri  
    
                          
     
                         06.05.2021
 
    
                        Azərbaycanın alban-udi xristianları azad edilmiş Kəlbəcərdə - Xudavəng monastırında Pasxanı qeyd edib.
DM xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev özünün "Twitter” səhifəsində paylaşıb.
Müvafiq görüntülərin əks olunduğu fotonu dərc edən diplomat bildirib ki, udilər Azərbaycan xalqının əzəli dövləti olan Qafqaz Albaniyasının birbaşa davamçıları və dünyanın ən qədim xristianlarındandır.