Pakistanda bombalı hücum 
    
                          
     
                         05.05.2021
 
    
                         Pakistanın Xeybar Pahtunhva əyalətində hərbi maşın keçərkən yol kənarındakı bomba partladığı üçün 2 əsgər öldü və 2 ağır yaralandı.
DM TRT HABer-ə istinadən xəbər verir ki, səlahiyyətli şəxslər, əyalətin Bajaur bölgəsində patrulda olan bir hərbi maşının keçidi zamanı yol kənarındakı bombanın partladığını söylədi.
Maşında 4 əsgər olduğunu ifadə edən səlahiyyətlilər, hücumda 2 əsgərin öldüyünü və 2 əsgərin ağır yaralandığını açıqladı.
Hücumun məsuliyyətini hələ heç kim boynuna götürməyib.