16 05 2021-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
16/05/2021
15/05/2021
13/05/2021

40 gün ac qalan "YouTuber" vəfat etdi

04.05.2021

Rusiyalı "YouTuber" Viyaliy Vıygranovskiy həyatını itirib.

DM xarici KİV-ə istinadən xəbər verir ki, Viyaliy "YouTube" kanalı üçün yeni bir tendesiya yaratmaq istəyib. Belə ki, o, izləyicilərinə "meşədə 40 gün ac və susuz" qalacağını bildirərək, mart ayınının 30-da evdən ayrılıb.

"YouTuber" meşədə izləyiciləri üçün canlı paylaşım edərək, ilk günlərini rahat olduğunu dilə gətirib. Lakin sonrakı günlərdə o, yorulduğunu və susadığını bildirib.

35-ci gündə ölməkdə olduğunu hiss edən Viyaliy: "Çox maraqlı bir təcrübədir. Bədənim tamamilə yeniləndi",- deyə yaxşı olduğunu bildirib.

Lakin səhəri gün isə "YouTuber"in meşədə cansız bədəni aşkar edilib. Tibbi ekspertiza rəyinə əsasən, gənc uzun müddət susuz qalmasından dünyasını dəyişdiyi bildirilib.

"YouTuber"in əsas məqsədi izləyici sayını artırmaq, daha da məşhurlaşmaq istəyi olub.