02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mikayıl Cabbarov litvalı nazirlə görüşdü

03.05.2021

İqtisadiyyat naziri Mikayıl Cabbarov Litva Respublikasının Xarici İşlər naziri Qabrielius Landsbergisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə Litva ilə siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyi, əməkdaşlığın genişlənməsi üçün müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığı diqqətə çatdırılıb.

Bildirilib ki, ölkələrimiz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də əməkdaşlıq edir. Qeyd olunub ki, Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya iqtisadi-ticarət əlaqələrinin dərinləşməsinə töhfə verir və bu platforma vasitəsilə müxtəlif sferalarda layihələrin həyata keçirilməsinə dəstək göstərilir.

İqtisadiyyat naziri ölkəmizin Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu ifadə edib. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, 2020-ci ildə və bu ilin birinci rübü ərzində iki ölkə arasında ticarət dövriyyəsi artıb.

Litva Respublikasının Xarici İşlər naziri Qabrielius Landsbergis qarşılıqlı iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub.