30 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədən Azərbaycana Ramazan ayı ilə bağlı jest

03.05.2021

Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsi ehtiyacı olan insanlara yardım payı göndərib.

Bu barədə "Son Dakika” xəbər yayıb.

Məlumata görə, qurum Ramazan ayı münasibəti ilə həyata keçirilən aksiyada Qarabağ müharibəsində şəhid olan hərbçilərin və qazilərimizin ailələri başda olmaqla tək yaşayan pensiyaçılar, muzdla işləyən aztəminatlı 900 ailəyə zəruri ərzaqlardan ibarət bağlamalar yollayıb.

Yardım payı Bakıda və Qarabağ müharibəsində Ermənistanın hücumundan zərər görən şəhərlərdə paylanılıb.