30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Serbiya prezidenti İlham Əliyevi rəsmi səfərə dəvət etdi

03.05.2021

 Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib. 

Bununla bağlı Pezident İlham Əliyev tərəfindən bu gün etimadnaməsi qəbul edilən Serbiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç məlumat verib. 

"Prezident Vuçiçin Sizin Serbiyaya rəsmi səfər etməyinizlə bağlı dəvətini çatdırmaq istərdim. O qeyd etdi ki, həm rəsmi Bakının, həm də rəsmi Belqradın qarşısında Qoşulmama Hərəkatının və Belqradda keçirilmiş 1-ci sammitin 60-cı ildönümünün təşkili ilə bağlı fəal iş durur. O, hərəkatın təsisçisi olan dövlətlərin - Hindistan, Misir, İndoneziya və Qananın liderlərini və əlbəttə ki, Hərəkatın sədri olaraq Sizi bu münasibətlə dəvət etmək niyyətindədir. Siz, Prezident Vuçiçlə birlikdə tədbirə ev sahibliyi edəcəksiniz. O vurğuladı ki, bu, onun şəxsi təşəbbüsü olub və sammit Sizin üçün, Azərbaycan Respublikası və Serbiya Respublikası üçün tarixi əhəmiyyət kəsb edəcək”.