30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyənin Azərbaycandakı səfiri müraciət yaydı

03.05.2021

Türkiyə və Azərbaycan arasında dünyada tayı bərabəri olmayan və ürəklərə həkk olunan qardaşlığa birlikdə şahid oluruq və yaşayırıq. Heç şübhəsiz, bu qardaşlığın təməli ortaq tarix və mədəniyyətə dayanır".

DM xəbər verir ki, bunu Türkiyənin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı vətəndaşlara müraciətində bildirib.

"Türkiyənin qurucusu Mustafa Kamal Atatürk deyib: "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri də bizim kədərimizdir”. Onun bu sözləri ilə ümumilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” anlayışı qardaşlıq əlaqələrimizin təməlini təşkil edir. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla cənab Prezident İlham Əliyevin "Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir” bəyanatları isə bu qardaşlığı qorumağa hesablanan bir and və ikili münasibətlərimizi daha da irəliyə aparmaq iradəsinin göstəricisidir” - səfir qeyd edib.