06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yunan adalarında Pasxa tədbiri Türkləri tədirgin etdi

03.05.2021

Muğlanın Bodrum mahalında Yunan adalarından gələn partlayış səsləri vətəndaşları əsəbiləşdirdi. Axşam saatlarında daha da aydın eşidilən səslərin Pasxa qeyd etmələri ilə əlaqəli olduğu başa düşüldü.

DM SÖZCÜ GAZETESİ-nə istinadən xəbər verir ki, Pasxa dövründə Yunan adalarında keçirilən tədbirlər bu il də Bodrumda maraq və narahatlığa səbəb oldu. Sosial mediada onlarla vətəndaş səsin mənbəyi ilə maraqlandıqlarını çatdırdılar. Yarımadanın cənub və qərb bölgələrində eşidilən sıx səs-küyün qonşu adalarda yüksək səsli kapsullarla ənənəvi Pasxa bayramlarından qaynaqlandığı ortaya çıxdı.

Bodrum Bələdiyyəsinin sosial media hesablarından edilən açıqlamada, "Bir müddətdir Bodrumda eşitdiyimiz səs qonşu adalarda yüksək səsli kapsullarla təşkil edilən ənənəvi Pasxa qeyd etmələrindən gəlir. Narahat olmağa səbəb yoxdur ".