25 08 2025-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Mətanət İsgəndərli koronavirusa yoluxdu

03.05.2021

Əməkdar artist Mətanət İsgəndərli və oğlu Kərim koronavirusa yoluxub.

Bu barədə "Qafqazinfo”ya sənətçinin keçmiş gəlini Aynur Həmidova (Canan) məlumat verib.

Onun sözlərinə görə, beş gün əvvəl M.İsgəndərli və eks-ərində COVID-19 aşkarlanıb:

"Beş gün əvvəl yoluxublar. Əvvəl evdə müalicə alırdılar. Dünən Mətanət xanımın halı pisləşdi. Bronxlarında problem var, boğulmalar baş verir. Kərimlə əlaqə saxladım, mənə dedi ki, təcili tibbi yardım çağıraraq xəstəxanaya aparıblar. Dodaqları göyərib, vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib. Kərimin isə hərarəti 39-a çatır, o da xəstəxanadadır”.