06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ bayrağı belə endirildi

03.05.2021

ABŞ-ın Əfqanıstandan çəkilmə qərarından sonra tarixi görüntülər meydana çıxdı. 

DM SÖZCÜ GAZETESİ-nə istinadən xəbər verir ki, ABŞ əsgərləri Antonik düşərgəsini Əfqanıstan Xüsusi Qüvvələrinə təhvil verdi. ABŞ bayrağının endirildiyi və Əfqanıstan bayrağının qaldırıldığı təhvil vermə mərasimi beynəlxalq mediada əks olundu.

20 il sonra ABŞ-ın tarixi bir qərarla geri çəkilməyə qərar verdiyi Əfqanıstanda, proses 1 May tarixində rəsmi olaraq başladı. Prezident Joe Biden-in verdiyi açıqlamalara görə, ölkədəki ABŞ qoşunları 11 sentyabr hücumlarının ildönümünə qədər tamamilə geri çəkiləcək.

ABŞ-ın geri çəkilmə qərarı ilə bərabər Əfqanıstanda hökumət qüvvələri ilə Taliban arasında qarşıdurmalar artdı. Müdafiə Nazirliyinin açıqlamasına görə, son 24 saat ərzində baş verən qarşıdurmalarda 100-dən çox insan həyatını itirdi.