09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti dayandırıldı

03.05.2021

Mayın 3-dən 12-dək Gürcüstanda ictimai nəqliyyat fəaliyyətini dayandırılıb.

DM xəbər verir ki, bu barədə Koronavirusla Mübarizə üzrə İdarələrarası Koordinasiya Şurası tərəfindən qərar qəbul edilib.

Qərarda qeyd edilib ki, infeksiyanın yayılmasına qarşı daha təsirli mübarizə aparmaq məqsədilə bu addım atılıb.

Qadağanın taksilərə və şəhərlərarası daşınmalara təsiri olmayacaq.

Əlavə olaraq, bildirilib ki, ölkə ərazisində 4-11 may tarixləri istirahət günü olacaq. Özəl və dövlət qurumlarının işçilərinə məsafədən işləmək tövsiyə olunub.