06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Oskar” mükafatlı məşhur aktrisa vəfat etdi

02.05.2021

 Amerikalı aktrisa Olimpiya Dukakis 89 yaşında dünyasını dəyişib.

DM xəbər verir ki, bu barədə onun qardaşı Apollo Dukakis bildirib.

"Mənim sevimli bacım Olimpiya Dukakis bu səhər Nyu-Yorkda dünyadan köçdü”, - o, feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, bacısı bir neçə ay davam edən sağlamlıq problemlərindən sonra vəfat edib.

Qeyd edək ki, yunan immiqrantların qızı Dukakis 1931-ci il iyunun 20-də ABŞ-ın Louell şəhərində (Massaçusets ştatı) anadan olub. Onun kino karyerası 1960-cı illərdə başlayıb.

Dukakis 56 yaşında çəkildiyi "Ayın gücü” filmində ən yaxşı ikinci plan qadın roluna görə "Oskar” və "Qızıl qlobus”a layiq görülüb. Karyerası boyu kinoda 60-dan çox rol oynayıb, 50-dən çox teleserialda çəkilib. O, həmçinin "Polad maqnoliyalar” (1989) filmi ilə məşhurdur.