07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan yerli vaksinlərin istehsalından DANIŞDI

30.04.2021

"Vaksin tədarükündə hər hansı problem və çətinlik olacağını qəbul edirəm".

DM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib.

"Əlimizdə yetərincə vaksin var. Rusiya ilə danışığımızdan sonra "Sputnik V” peyvəndi gəlir və gələcək. Hətta lazım olarsa, Rusiya prezidenti Vladimir Putinlə danışa da bilərik. Mayın birinci yarısında bu məsələ ilə bağlı Rusiya prezidenti ilə danışığımız olacaq. Oradan da ciddi bir miqdarda aşının gəlməsi ilə mövcud sayı əldə edə bilərik. Mən fövqəladə bir vəziyyətin olacağına inanmıram. Yerli vaksinin hazırlanması üzərində universitetlərimiz, bəzi əczaçı firmalarımız ciddi şəkildə işləyirlər. Onların mənə verdikləri vədə əsaslanaraq deyirəm ki, sentyabr-oktyabradək onların da istehsal ediləcəyinə inanıram”, - o deyib.