29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayden yenə pərt oldu

30.04.2021

Vəzifələrinin icrasına başladığı 100 gündə başına gələn kurioz hadisələri ilə fərqlənən ABŞ Prezidenti Co Bayden, yenə pərt olub.

Belə ki, o, izdiham qarşısında çıxışından əvvəl təqribən bir dəqiqə maska axtarışında olub.

Bu barədə RT kadrlar yayımlayıb.

"Mənim problemim var, mən maskamı itirmişəm”, - deyə o bildirib.

Kadrlarda onun hər yeri – tribunanı, qovluqların, kağızların arasını axtardığı görünür. Maskanı tapmağa isə birinci xanım kömək edib. Məlum oldu ki, fərdi qoruyucu vasitə prezidentin cibində imiş.

Kadrlar sosial şəbəkələrdə gülüşlə qarşılanıb, bəziləri "ölkənin 30 saniyə təhlükədə olduğunu” deyib.

Qeyd edək ki, ABŞ prezidenti bundan əvvəl çıxışı zamanı "eskalasiya” sözünü "vaksinasiya” ilə dəyişik salmışdı, həmçinin RF Prezidenti Vladimir Putinin soyadını "Klutin” kimi tələffüz etmişdi.

Onun "Bir nömrəli göyərtəyə” çıxarkən yıxılması isə sosial şəbəkələrdə müxtəlif mövzular üçün memə çevrilmişdi.