29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağın Azərbaycanlı İcması adını dəyişdi

30.04.2021

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ictimaiyyətə müraciət edib.

DM-in məlumatına görə, müraciətdə bildirilir ki, Vətən Müharibəsindən sonra yaranmış yeni reallıqda "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və "Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları öz aktuallığını və ictimai əhəmiyyətlərini itirib. Bütün bunları nəzərə alaraq, İctimai Birlik aprelin 30-da iclas keçirərək təşkilatın buraxılmasına və "Qarabağa dönüş” adlı ictimai birliyin yaradılmasına qərar verib.