29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev litvalı naziri qəbul etdi

30.04.2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsbergisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

DM xəbər verir ki, görüşdə Azərbaycan-Litva ikitərəfli münasibətləri, regional təhlükəsizlik məsələləri müzakirə olundu. Dövlətimizin başçısı 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarının işğalı və postmüharibə dövründə yaranmış vəziyyətlə bağlı ölkəmizin mövqeyini çatdırdı.

Söhbət zamanı Azərbaycan Respublikası - Avropa İttifaqı əməkdaşlığı məsələləri müzakirə edildi və Azərbaycan Respublikası - Avropa İttifaqı arasında yeni saziş layihəsi üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvarlıq ifadə olundu.