29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyada buzlaqlar sürətlə əriyir

30.04.2021


Son iyirmi ildə dünyada buzlaqlar sürətlə əriməkdə davam edir və hər il buzlaqların həcmi 267 qiqaton azalır.

Sürixdə yerləşən İsveçrə Federal Texnologiya İnstitutunun alimləri apardıqları araşdırmalara görə, dünyada dəniz səviyyəsinin qalxmasında buzlaqların əriməsi də rol oynayır və bu problemin 20 faizi əriyən buzlaqlar hesabına baş verir.

Peyk fotoları və məlumatlarından ibarət məlumat bankı əsasında araşdırma aparan alimlər dünya üzrə 217 175 buzlağın 2000-2019-cu illər arasında kütlə itkisini hesablayıblar. Müəyyən edilib ki, Qrenlandiya və Antarktidanın buz təbəqəsi ilə müqayisədə buzlaq ərazilərinin əriməsi daha sürətlə gedir. İslandiya, Skandinaviya və ya Qrenlandiyanın şərq sahillərində buzlaqların nisbətən ləng əriməsi isə bu regionlardakı anomal soyuq keçən hava şəraiti əsasında mümkün olub.

Buzlaqların sürətlə əriməsi yaxın onilliklərdə daha bir problemə də yol aça bilər. Əgər proses bu templə davam edərsə, qarşıdakı 30 ildə bir milyard insan su çatışmazlığı və ərzaq qıtlığı təhlükəsi ilə üz-üzə qalacaqdır. Belə ki, hazırda Himalay dağlarında buzların əriməsi prosesi Qanq, Bramaputra və Hind çaylarının suyunu artırır və həmin regionlarda su çatışmazlığı problemini həll edir. Lakin buzlaqların yox olması ilə uzunmüddətli perspektivdə Hindistan və Banqladeş kimi sıx əhaliyə malik ölkələrdə su və ərzaq problemi qaçılmaz ola bilər.

Alimlər bildiriblər ki, iqlim dəyişikliklərinə qarşı məqsədyönlü strategiyaların hazırlanmasında buzlaqlar barədə dərin araşdırma nəticələri mühüm rol oynayır. Araşdırma nəticələri İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Şuranın (IPCC) iqlim dəyişikliklərinin aktual vəziyyətinə dair hesabatına daxil ediləcəkdir.