09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Meşə yanğını SÖNDÜRÜLDÜ

02.08.2018

1 avqustda saat  22:00-da Lənkəran rayonunun Yuxarı Nüvədi (Aleksyevka) kəndinin yaxınlığında, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 24 saylı dolayında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və kənd əhalisi tərəfindən qısa müddət ərzində söndürülüb.
"Dövran Medai"nın məlumatına görə, yanğın 0,01  hektara yaxın ərazini əhatə edib və nəticədə quru xəzəl, qurumuş və yıxılmış ağaclar yanıb. 
Eyni zamanda 2 avqust 2018-ci il tarixində saat 3 radələrində Ağsu meşəbəyliyinin 8 saylı dolayında da yanğın hadisəsi baş verib.
Naməlum səbəbdən baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən qısa müddət ərzində söndürülüb.
Yanğın nəticəsində 0,4 hektar ərazidə quru ot örtüyü yanıb
Yanğınların hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması istiqamətində araşdırma aparılır
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.