29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xidmətini başa vuran hərbi qulluqçular­ tərxis edildilər

29.04.2021

 Aprelin 28-29-da Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçularının tərxis edilməsi ilə əlaqədar tədbirlər keçirilib.

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, mərasimlərdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik teleqramı şəxsi heyətə çatdırılıb, Dövlət Sərhəd Xidmətinin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət müddətində öz vəzifələrini şərəflə yerinə yetirdikləri qeyd olunub.

Hər bir sərhədçi əsgərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistan üzərində möhtəşəm zəfərlə başa çatan və Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan Vətən müharibəsinin qalib əsgəri olmaqdan, müqəddəs torpaqlarımızın azad olunmasında işğalçı düşmən qüvvələrinə qarşı döyüşməkdən, bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət aparmaqdan böyük şərəf və qürur duyması vurğulanıb.