27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səngəçal terminalından nə qədər neft və qaz ixrac edilib?

29.04.2021

 2021-ci ilin birinci rübündə Səngəçal terminalı 60 milyon bareldən çox neft və kondensat, 5 milyard kubmetrdən çox Şahdəniz qazı ixrac edilib.

"BP Azərbaycan”dan verilən məlumata əsasən, 52 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 8 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 56 milyon standart kubmetrdən çox Şahdəniz qazı ixrac edilib.

Bu dövr ərzində Azəri-Çıraq-Günəşli yatağından SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin Neft Daşlarındakı qurğu vasitəsilə gündə orta hesabla 11,6 milyon kubmetr, ümumilikdə isə 1 milyard kubmetr səmt qazı verilib.

Qeyd edilib ki, Səngəçal terminalının texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, 105 milyon kubmetr qaz, həmçinin Şahdəniz qazı üçün təqribən 85 milyon standart kubmetrdir.