03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Co Bayden bu sanksiyaları ləğv edəcək

29.04.2021

 ABŞ prezidenti Cozef Bayden administrasiyası keçmiş dövlət başçısı Donald Trampın hakimiyyəti zamanı İrana qarşı sanksiyaların əhəmiyyətli qismini ləğv etmək niyyətindədir.

DM xəbər verir ki, bu barədə "Associated Press” məlumat yayıb.

Bildirilib ki, Cozef Bayden İranın nüvə proqramı ilə birbaşa əlaqəsi olmayan sanksiyaları ləğv edəcək. Bu halda İran beynəlxalq bank və kredit sistemi ilə əlaqəni bərpa edə bilər.

Məlumata görə, ABŞ-ın Yaxın Şərq üzrə koordinatoru Brett Makqerkin başçılığı altında nümayəndə heyəti Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Misirə səfər edəcək. Səfər zamanı amerikalı təmsilçilər İranın nüvə danışığına qayıtması ilə bağlı müttəfiqlərinin narahatlığını müzakirə edəcəklər.