09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni güləşçi idmançımıza belə təslim oldu - VİDEO

02.08.2018

Xəbər verdiyimiz kimi, İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclərin Avropa çempionatında 72 kq çəki dərəcəsində yarışan idmançımız Ülvi Qənizadə turnirin qızıl medalını qazanıb.
"Dövran Media" xəbər verir ki, onun rəqibləri postsovet təmsilçiləri olub.
Belə ki, idmançımız 1/16 finalda Ukraynanı təmsil edən Pərviz Nəsibovu 6:0, 1/8 finalda litvalı Titas Kerşeviçiusu 9:0, 1/4 finalda erməni Malxas Amoyanı 7:1, 1/2 finalda gürcü Nikoloz Çikaidzeni 8:6 və finalda rusiyalı Məhəmməd Yarbilovu 3:1 məğlub edib.
Təbii ki, ən prinsipial görüş sonradan bürünc medal qazanan erməni idmançısı ilə qarşılaşma olub. Malxas Amoyan Ülvi Qənizadəyə qalib gələ bilməyəcəyini düşünərək on saniyə qalmış döyüşsüz təslim olub. Həmin görüşün videosunu təqdim edirik: