03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aytən Səfərovadan AÇIQLAMA

29.04.2021

Bir müddət əvvəl koronavirusa yoluxan aparıcı Aytən Səfərova "Bizimləsən” proqramına telefonla bağlanaraq səhhəti barəsində məlumat verib.

DM xəbər verir ki, aparıcı koronavirusdan sağaldığını, amma tez-tez panik atak keçirdiyini bildirib:

"Zarafat ediləcək bir xətəlik deyil.10 dəqiqədən sonra nəfəs elə darala bilər ki, insan yerində qala bilər. İnsan psixoloji olaraq güclü olmalıdır. "COVID-19”un sonuncu növü çox ağır bir ştammdır. İnsan panik atak keçirir. İndiyədək ürəyim tez-tez döyünür, dərmanlar qəbul edirəm. Kəfəni yarıb çıxandan sonra elə bil ikinci dəfə dünyaya gəldik. Yoluxmadan sonra həyata baxış bucağım dəyişdi”.

Həmçinin də Aytən Səfərova xəstəxanaya yerlşdirilməsindən danışıb:

"Müalicəmə əvvəlcə evdə davam etdim, lakin daha sonra həyat yoldaşımla "Yeni Klinika”ya aparıldıq. Azərbaycanda belə bir atalar sözü var: Ağlamayan uşağa süd vermirlər. Bir az ağladığım üçün TƏBİB-dən diqqət və qayğını gördüm”.