25 08 2025-cu il Bakı 29 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Əli Nağıyev gürcü həmkarı ilə görüş keçirdi

29.04.2021

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyev Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili ilə görüşüb.

DM-in məlumatına görə, görüşdə iki ölkə arasındakı təhlükəsizlik məsələləri başlıca müzakirə mövzusu olub. Tərəflər eyni zamanda Gürcüstan və Azərbaycan arasındakı təhlükəsizlik sahəsində əməkdaşlığın mövcud durumunu və persektivlərini müzakirə ediblər.

Qriqol Liluaşvili Gürcüstan və Azərbaycan arasında təhlükəsizlik sahəsindəki münasibətlərin dərinləşdirilməsinin və iki xidmət arasında əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdən əvvəl Qriqol Liluaşvili və Əli Nağıyev Gürcüstanın ərazi bütövlüyü qəhrəmanlarının xatirəsinə ucaldılmış kompleksi və Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, çələng qoyublar.