09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin buna görə məni bağışlamır - Saakaşvili

02.08.2018

Rusiya postsovet məkanının bir çox ərazisində torpaqlar zəbt edib.
"Dövran Media" xəbər verir ki, bunu "Rustavi 2” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
"1991-ci ildən sonra biz ilk dəfə Rusiyadan işğal etdiyi bölgəni geri ala bildik. Bu ərazi Acarıstan idi. Acarıstan Rusiyanın tam nəzarətində idi. Rusiya oranı Lujkov və rus mafiyasının əli ilə idarə edirdi. Acarıstanın rəhbəri yerli feodal və Moskvanın vassalı idi. Xatırlatmaq istəyirəm ki, bu adam, ümumiyyətlə, Tiflisə gəlmirdi. Abaşidzenin hesabat verdiyi tək yer Moskva idi. Acarıstanda Abxaziya, Sxinvalidə olduğu kimi, yerli bandalar var idi. Bunlara rus generallar rəhbərlik edirdi. Biz Putindən bu ərazini aldıq. Buna görə də o, indiyə qədər bunu mənə bağışlamır”, - o bildirib.