06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ömer Çelikdən Azərbaycana təriflər

28.04.2021

"Qardaş Azərbaycana və ölkədəki 48 partiyaya təşəkkürümüzü bildiririk”.

DM "HaberGlobal”-a istinadən xəbər verir ki, bu barədə AK Parti sözcüsü Ömer Çelik ABŞ Prezidenti Co Baydenin erməni "soyqırımı” ifadəsinə münasibət bildirərkən deyib.

O, "soyqırımı” ifadəsini əsla qəbul etmədiyini bəyan edib.

"Bu ifadədən istifadə edənləri şiddətli şəkildə qınayırıq. Bu məsuliyyətsiz, heç bir hüquqi təməli və tarixi əsası olmayan yanaşmadır”, - deyə sözçü əlavə edib.

Ömer Çelik Bakının sərgilədiyi münasibətə də münasibətini bildirib.

"Bu məsələdə bizim yanımızda oldular. Bir daha iki dövlət və bir millət olduğumuzu hiss etdik”, - deyə o qeyd edib.