Türkiyə bu tarixdən sərtləşdirilmiş qarantinə keçir 
    
                          
     
                         28.04.2021
 
    
                        Daxili İşlər Nazirliyinin 29 Aprel 2021 Cümə axşamı günü saat 19.00-dan 17 May 2021 Bazar ertəsi günü saat 05.00-dək davam edəcək sərtləşdirilmiş qarantində diqqətçəkən detallar belədir: 
DM SABAH HABER-ə istinadən xəbər verir ki, kritik sahələr xaricində sağlamlıq və təhlükəsizlik, ictimai xidmətləri 50 %-i keçməyəcək şəkildə minimum heyət ilə təmin ediləcək. Online çalışan məmurun məhdudiyyət üçün xüsusi bir azadlığı olmayacaq. Başqa sözlə, yaşayış yerindən çıxa və şəhərlərarası səyahət edə bilməyəcək.