06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir müavininin XARI BÜLBÜL AÇIQLAMASI

28.04.2021

 "Xarı bülbül çoxillik ot bitkisidir".

DM xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycada Ophris-quşsəhləbi consi bitkisinin bütün növləri xalq arasında bu adla adlanır və üç növü var.

"Bunlar Qafqaz quş səhləbi, Arı quş səhləbi və Mozalan quş səhləbi bitkiləridir. Bunların üçünü də ümumiləşdirib Xarı bülbül adlandırmaq olar. Əfsanədə olduğu kimi, bülbül və sinəsinə qonmuş arı. Əsl Xarı bülbül Şuşada rast gəlinəndir və həqiqətən də, Şuşamızın tacı və florasının birinci simvoludur", - nazir müavini söyləyib.