06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yoluxma sayı azalır - Nələr dəyişəcək?

28.04.2021

Ölkədə koronavirusa yolxumada rəqəmlər azalsa da, yumşalma barədə danışmaq hələ tezdir.

DM Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Vəfa Ağayeva deyib. Onun sözlərinə görə, rəqəmlər hələ də kifayət qədər az deyil: "Həm də bu barədə ehtiyac yanarsa, rəsmi qurumlar bu haqda məlumat verəcək".

V.Ağayeva ölkədə virusun yolxuma sürətinin və ölənlərin sayının çox olması barədə də danşıb: "Bəlli olduğu kimi, artıq Azərbaycanda da koronavirusun Britaniya ştammı aşkarlanıb və demək ki, yayılması da var. Bu səbəbdən də yoluxma sayı çox ola bilər. Ölənlərin sayının isə çox olması o səbəbdəndir ki, vətəndaşlar xəstəxanalara vəziyyətləri ağır olduqdan sonra müraciət edirlər".