Parlamentə yeni spiker seçildi 
    
                          
     
                         27.04.2021
 
    
                        Gürcüstan parlamentinin vitse-spikeri Kaxa Kuçava səs çoxluğu ilə qanunverici orqanının sədri vəzifəsinə seçilib.
DM xarici KV-ə istinadən xəbər verir ki, onun namizədliyini 86 deputat dəstəkləyib, altı nəfər əleyhinə çıxıb.
Qeyd edək ki, 24 apreldə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze istefa qərarına gəldiyini elan edib. Bundan sonra hakim "Gürcü arzusu” partiyası Kuçavanı bu vəzifəyə namizəd göstərdi.