02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qalatasaray” klubuna məxsus mədənə silahlı hücum olub

27.04.2021

İstanbulun Kemerburqaz qəsəbəsində silahlı insident yaşanıb.

"HaberGlobal” məlumat verir ki, 24 aprel gecə saatlarında "Qalatasaray” klubuna məxsus mədənin ərazisinə silahlı hücum təşkil olunub.

Hadisədən sonra "Qalatasaray” klubunun prezidenti Mustafa Cengiz İstanbul valisi Ali Yerlikaya ilə görüşüb.

Qeyd olunur ki, sözügedən əraziyə görə "Qalatasaray” rəhbərliyi ilə adı qeyd olunmayan şirkət arasında məhkəmə çəkişməsi olub. Sonda məhkəmə "Qalatasaray”ın xeyrinə qərar çıxarıb.

Mustafa Cengizin İstanbul valisi Ali Yerlikaya ilə görüşündən dərhal sonra istintaq başlayıb.

Artıq ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi, mədənin ərazisinə basqın edən silahlı şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıldığı bildirilib.