02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sahibə Qafarovadan AÇIQLAMA

27.04.2021

"Tarixi faktlar, sənədlər sübut edir ki, ermənilərin kütləvi şəkildə məhv edilməsi halları cəfəngiyatdan başqa bir şey deyil. Bir çox alimlərin araşdırmalarında da bu nəticə aydın olur”.

DM xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclis sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, Anadolu və Cənubi Qafqaz ərazisində ermənilər tərəfindən soyqırım əməlləri həyata keçirilib: "Əslində soyqırım baş verib. Bunun müəllimləri ermənilər, qurbanları isə türklər, azərbaycanlılar və digərləri olub. Düşünürəm ki, Xocalı soyqırımı kimi fakta göz yumanların saxta "soyqırımı” iddaları səsləndirməsi təəssüf doğurur. Avropa İnsan Hüquqları Məhkəməsi təsdiq edib ki, "erməni soyqırımı”ifadəsi tarixi fakt deyil, sadəcə fikirdir”.

S.Qafarova bildirib ki, Azərbaycan hər zaman Türkiyənin yanındadır: "Uydurma "erməni soyqırımı” üzərindən Türkiyəyə qarşı yönələn kampaniyada da ölkəmiz Türkiyənin yanındadır”.