02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TƏBİB Arif Quliyevin ölüm xəbəri yalanladı

27.04.2021

Bir müddət əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Quliyevin vəfat etməsi barədə xəbər yayılıb.

"Yeni Klinika”da müalicə olunan aktyorun ötən gün dünyasını dəyişdiyi bildirilib.

Hətta Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə post paylaşaraq A. Quliyevin ailəsinə başsağlığı verib. Lakin o, bir müddət sonra yazdığı statusu silib.

Bildirilib ki, Xalq artistinin dünyasını dəyişdiyi ilə bağlı məlumat əsassızdır.

Qeyd edək ki, A.Quliyev 6 gün bundan əvvəl xəstəxanaya aparılaraq süni tənəffüs aparatına qoşulub.