02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada ehtiyatda olan hərbçilər xidmətə çağırıldı

26.04.2021

 Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan hərbi qulluqçuların hərbi toplanışa çağırılması barədə Fərman imzalayıb.

DM-in məlumatına görə, Fərmana əsasən, ehtiyatda olan hərbi qulluqçular Rusiya Silahlı Qüvvələri və Rusiya Federal Təhlükəsizlik Xidmətinin tərkibində hərbi toplanışa çağırılırlar.

Rusiyanın Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına Fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.

Fərman dərc olunduğu gündən – aprelin 26-dan qüvvəyə minir.