07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir onu yüksək vəzifəyə təyin etdi

26.04.2021

Anar Hüseynov Kənd Təsərrüfatı Nazirliyində yeni vəzifəyə təyin olunub.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyində rotasiya qaydasında kadr dəyişikliyi olub, Anar Hüseynov qurumun Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, A. Hüseynov bu təyinata qədər "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru kimi çalışıb. Ondan əvvəl nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri, daha əvvəl isə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("Asan Xidmət”) İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsində işləyib.