07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənilərdən Hindistan xalqına XƏYANƏT

26.04.2021

Ermənistanda Mahatma Qandinin heykəli təhqir olunub.

Bu barədə sosial şəbəkənin erməni seqmentində görüntülər yayılıb.

Abidənin qoyulmasına ciddi etiraz edən ermənilər Mustafa Kamal Atatürkün və azərbaycanlıların dostu, soyqırımı əleyhdarı adlandırdıqları Qandinin heykəlinə yumurta atıb. Bu azmış kimi azğınlaşmış ermənilər Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani liderinin abidəsində adı yazılan lövhəni də söküblər.

Sosial şəbəkələrdə bir çox erməni istifadəçi bütün dünyanın hörmətini qazanan və ehtiramla yad etdiyi hind xalqının liderini hətta faşist adlandırmaqdan da çəkinməyiblər. Səbəb isə sadədir, Mahatma Qandi erməni yalanlarına heç vaxt dəstək verməyib.

Görünür, faşist Njdeyə abidə qoyacaq qədər azğın mahiyyətə sahib olan erməni cəmiyyəti üçün hind xalqı ilə dostluq da heç bir anlam daşımır, elə ona görə də hətta çox sıx münasibətlərinin olduğu Hindistanın əbədi liderinə dil uzadacaq qədər yolunu azıb.