02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın Ankaradakı səfiri XİN-ə çağırıldı

25.04.2021

 ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrinə dair açıqlaması ilə əlaqədar olaraq, bu ölkənin Ankaradakı səfiri David Satterfield Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

DM xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

ABŞ səfirini nazir müavini Sedat Önal qəbul edib və məlum açıqlamaya görə, rəsmi Ankaranın kəskin reaksiyası diplomatik nümayəndəlik rəhbərinin diqqətinə çatdırılıb. Tarixi və hüquqi baxımdan heç bir əsası olmayan açıqlamanın qəbul edilməzliyi, tamamilə rədd edilməsi və ən sərt şəkildə qınanıldığı ifadə edilib.

Bundan əlavə, qondarma "soyqırımı" açıqlamasının beynəlxalq hüquq baxımından hökmsüzlüyü, eləcə də türk xalqını dərindən incitdiyi və münasibətlərə zədə vurduğu qeyd olunub.

Xatırladaq ki, Co Bayden 1915-ci il hadisələrindən danışarkən "soyqırımı" sözünü işlədib. O, qondarma "erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir.