09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həsənağa Sadıqov VƏFAT ETDİ

01.08.2018

Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov vəfat edib.
Bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. 67 yaşlı sənətkar uzun müddət idi ki, yataqda müalicə olunurdu.
Həsənağa Sadıqov Salyan şəhərində müğənni ailəsində dünyaya göz açmışdı. O, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb. 
1988-ci ildə H.Sadıqova Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdi. Onun köməklik və təşəbbüsü ilə "Mahirlər” ailə ansamblı yaradılıb və bu gün də fəaliyyət göstərir.
Həsənağa Sadıqov Amerika Birləşmiş Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramı ilə çıxış edib.