02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güləşçimiz finala yüksəldi

23.04.2021

 Yunan-Roma güləşçimiz Taleh Məmmədov Polşanın paytaxtı Varşavada təşkil olunan Avropa çempionatının finalına vəsiqə qazanıb.

DM xəbər verir ki, çempionatda 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız ilk görüşdə bolqarıstanlı Nikolay Viçevə qalib gəlib.

Dörddəbir final mərhələsində Ermənistan idmançısı Qraçya Poqosyanı məğlub edən T.Məmmədov yarımfinalda latviyalı Aleksandrs Jurkiansa qalib gələrək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə idmançımız Rusiya güləşçisi Cambolat Lokyayev ilə qarşılaşacaq.

Görüş aprelin 24-də təşkil olunacaq.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.