02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

YAP-ın MSK-dakı təmsilçilərinin adı məlum oldu

23.04.2021

Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyasında təmsil edəcək namizədlərinin siyahısı müəyyənləşib.

DM xəbər verir ki, hakim partiyanı təmsil edəcək namizədlər Məzahir Pənahov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Hüseyn Paşayev, Validə Kazımova və Rövzət Qasımovdur. Siyahıya yeni əlavə edilən şəxs Rövzət Qasımovdur.

Siyahıda ehtiyat namizəd kimi Hümbətov Sürəddin və Nailə Əsgərova da var.

Qeyd edək ki, namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasına göndəriləcək. Daha sonra isə siyahı təsdiq edilmək üçün Milli Məclisin plenar iclasında müzakirə ediləcək.