02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İcbari tibbi sığortanı ödəməyənləri hansı cəzalar gözləyir?

23.04.2021

Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılıb.

DM xəbər verir ki, dəyişikliyə əsasən, icbari tibbi sığorta haqlarını ödəməkdən yayınma cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.